Misirə giriş vizasının qiyməti qaldırıldı

3 Dekabr 2025 00:41

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəyə giriş vizasının məbləğini 20 dollar artıraraq, 45 dollara qaldırmağı tapşırıb.

Milli.Az xəbər verir ki, bu barədə Misir liderinin fərmanında deyilir.

Qeyd olunur ki, 30 noyabr tarixində imzalanmış fərman imzalandığı günün ertəsi qüvvəyə minir.

Dekabrın 1-dək Misirə giriş vizasının qiyməti 25 dollar təşkil edib.

Milli.Az