Trendyol 1-ci Liqa təmsilçisi İstanbulspor baş məşqçi Mustafa Alper Avcının ayrılmasından sonra komandanın yeni çalışdırıcısının 33 yaşlı Barış Kanbak olduğunu açıqlayıb. Gənc mütəxəssis klubla 5 illik müqavilə imzalayıb.
Milli.Az xəbər verir ki, sarı-qara klubun yaydığı məlumatda deyilir: "Texniki direktor Barış Kanbak ilə 2025-ci ilin dekabr ayından etibarən qüvvəyə minəcək 5 illik müqavilə imzalanıb."
Kasımpaşa klubunda müxtəlif vəzifələrdə çalışan Kanbak cari mövsümdə Çorum FK və Eyüpsporda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Lalə Qüdrətova
Milli.Az