Avstraliyada son günlər köpəkbalığı hücumları ilə gündəmə gələn hadisələrdən sonra bu dəfə ölkənin qərb sahillərində narahatedici mənzərə ortaya çıxıb. Qərbi Avstraliya əyalətində yerləşən Nanqa Körfəzində müxtəlif növlərə aid 15 dəniz ilanı sahilə vurulmuş vəziyyətdə tapılıb. Həmçinin iyun ayından bəri 17 dəniz tısbağasının da ölü halda üzə çıxdığı bildirilib.
Milli.Az xəbər verir ki, dəniz ilanlarının ölüm sayındakı artım bioloqlar və mühafizə qurumları arasında ciddi narahatlıq yaradıb. Ölkənin Biyoçeşidlilik, Mühafizə və Səyahət İdarəsi (DBCA) açıqlamasında bildirib ki, sahilə çıxan dəniz ilanları müxtəlif növlərə aiddir və bu hadisələrin ən çox Nanqa Körfəzi ətrafında baş verdiyi qeydə alınıb.
Digər tərəfdən, iyun ayından bu yana eyni bölgədə 17 dəniz tısbağasının da ölü tapıldığı, lakin onların ölüm səbəblərinin hələ müəyyən olunmadığı açıqlanıb.
Mütəxəssislər bildirir ki, Avstraliyanın şimal sularında 20-dən çox dəniz ilanı növü yaşayır və bunların əksəriyyəti qoruma altında olan növlər kimi təsnif edilir. Buna görə də bölgədəki bu kütləvi ölümlər xüsusi diqqətlə araşdırılır.
Hadisənin səbəbi hələlik naməlumdur, lakin tədqiqatların davam etdiyi bildirilib.
Lalə Qüdrətova
Milli.Az