Müğənni Leyla Rəhimli atası ilə danışmadığı üçün onu tənqid edənlərə cavab verib.
Milli.Az xəbər verir ki, sənəçi "Günə uğurla" proqramında atasının ona baxmadığını, sevgi göstərmədiyini bildirib:
"Dünyaya göz açanda ata görməmişəm. Bəziləri qınayır ki, atası ilə danışmır, ona cavab vermir. Onlara sual verirəm: Sən də mənim kimi dünyaya gələndə anadan başqa heç kimi görməmisən? Mən onu görməmişəm... Ona necə sevgi göstərim, danışım? Necə qarşılıq verim? Başa düşürəm atadır. Amma ata mənə baxmayıb".
Həyat yoldaşı ilə ayrılan ifaçı övladları haqda suala "Mənim övladlarımın taleyi başqadır. Onların ataları var. Bəlkə zamanı gələndə gedəcəklər atalarının yanına. Mən onunla düşmən deyiləm. Baxmayaraq ki, o, mənimlə düşməndir" cavabını verib. (Axşam.az)
Milli.Az