Koxalskiyə transfer təklifi gəlib? - rəsmi açıqlama

2 Dekabr 2025 18:26

"Qarabağ" klubu Mateuş Koxalskinin transferi məsələsinə münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev açıqlama verib.

"M.Koxalski ilə bağlı heç bir rəsmi təklif yoxdur və hazırda oyunçu komanda ilə növbəti oyunlar üçün məşq prosesi keçir", - deyə A.Hacıyev qeyd edib.

Milli.Az