Kartof B6 vitamini ilə zəngin olduğundan sağlam qidalanmada mühüm yer tutur.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, kartof düzgün şəkildə bişirildikdə həm doyurucu, həm də orqanizm üçün son dərəcə faydalı bir qida sayılır. Onun tərkibindəki kalium, C və B6 vitaminləri, lif və antioksidantlar bir çox həyati sistemlərin fəaliyyətinə müsbət təsir göstərir.
Mütəxəssislər bildirir ki, kalium qan təzyiqini balanslaşdırmağa yardım edir və ürək-damar xəstəliklərinin riskini azaldır. Lif isə həzmi tənzimləyir, uzun müddət toxluq hissi yaradır və artıq çəki ilə mübarizədə dəstəkləyici rol oynayır.
Qızardılmış kartofla müqayisədə qaynadılmış və ya sobada bişirilmiş kartof daha sağlam seçim hesab olunur. Uzmanlar kartofu gündəlik rasionda digər tərəvəz və meyvələrlə birgə, az miqdarda və duz əlavə etmədən istifadə etməyi tövsiyə edirlər.
Kartof, eyni zamanda, bədəndə enerji səviyyəsini yüksəldir, sinir sistemini gücləndirir və immunitetin sağlam qalmasına kömək edir.
Kənan
Milli.Az