Belçikada polis Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Federika Moqerinini saxlayıb.
Milli.Az xəbər verir ki, məlumatı "Le Soir" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.
Məlumata görə, Moqerininin saxlanılması Avropa Kolleci ilə bağlı keçirilmiş tender prosesində ehtimal olunan dələduzluq faktları ilə əlaqələndirilir.
İş çərçivəsində ümumilikdə üç nəfər tutulub. Digər şübhəlilərin adları açıqlanmır.
Qeyd edək ki, Federika Moqerini 2020-ci ildən Avropa Kollecinin rektoru vəzifəsində çalışır.
Kənan
Milli.Az