Yasamalda 8 gündür su yoxdur - SƏBƏB

2 Dekabr 2025 16:58

Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yaşayan bir qrup sakin artıq səkkiz gündür susuzluqla üz-üzə qalıb.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə su xəttində qəza baş verib, lakin məsul qurum bu müddət ərzində problemi aradan qaldırmaq üçün heç bir real addım atmır.

Şikayət edənlər deyiblər ki, qəza baş verdiyi gün əraziyə gələn briqada xətti bərpa etmək əvəzinə suyun kənara axmaması üçün onu çüy ilə bağlayıb. Nəticədə beş ailə tamamilə susuz qalıb.

Sakinlər bildirirlər ki, mənzillərinə günlərdir su verilmir:

"Qaynar xəttə dəfələrlə müraciət etmişik, amma heç kim məsələyə baxmır. Briqada gəlib suyun qarşısını kəsdi, xətti təmir etmədi. Beləcə 8 gündür bir damcı su görmürük".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ yerli sukanal idarəsinə göndərilib və araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.

Asya
Milli.Az