Mixail Saakaşvili Gürcüstanı tənqid etdi - “Tbilisi artıq Azərbaycana çətinliklər yaradır"

2 Dekabr 2025 16:48

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ölkənin mövcud hakimiyyətini təkcə Qərb tərəfdaşları ilə deyil, həmçinin Azərbaycan və Ermənistanla münasibətləri korlamaqda günahlandırıb.

Milli.Az xəbər verir ki, Saakaşvili bu fikirləri sosial şəbəkədə paylaşdığı məqaləsində səsləndirib.

O, Gürcüstanın Azərbaycanla əlaqələrdə süni problemlər yaratmağa başladığını vurğulayıb: "Tbilisi artıq Azərbaycan üçün yükdaşımalar sahəsində çətinliklər yaradır. Azərbaycan mediası bu vəziyyətin arxasında Rusiyanın təsirinin dayandığını haqlı olaraq qeyd edir. Rusiya Kiyevdə Azərbaycanın Səfirliyini raket atəşi altında saxlayır, Gürcüstanda isə öz təsirində olan qüvvələr vasitəsilə Bakı ilə münasibətləri gərginləşdirir. Azərbaycanlı jurnalistlərin yazdıqları rəsmi Bakının haqlı narazılığını ifadə edir", - deyə Saakaşvili bildirib.

Milli.Az