Artıq bəzi bankların müştərilərdən nağdlaşdırma əməliyyatları zamanı əlavə faiz tətbiq etməsi ilə bağlı məlumatlar yayılıb.
Bəs bu iddia nə dərəcədə doğrudur?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən bildirildi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, banklarla müştərilər arasındakı münasibətlər "Banklar haqqında" Qanun, Mülki Məcəllə, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun, həmçinin bu qanunvericilik aktlarına uyğun olaraq Mərkəzi Bankın qəbul etdiyi normativ aktlar və tərəflər arasında bağlanmış müqavilələr əsasında tənzimlənir:
"Qanunvericiliyə uyğun olaraq, hər bir bank müştərilərlə bağladığı müqavilələrdə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komissiya haqlarını və göstərilən xidmətlər üzrə digər ödənişləri müəyyən etməkdə sərbəstdir. Bu səbəbdən, nağdlaşdırma əməliyyatlarına görə tutulan xidmət haqları bankların tarif siyasətinə uyğun olaraq formalaşdırılır".
Asya
Milli.Az