Onlara pulsuz məktəbli jaketləri veriləcək

2 Dekabr 2025 14:56

Bəzi qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz önü bağlanılan cibli jaketlər veriləcək.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi "Günteks" şirkəti ilə yeni müqavil bağlayıb.

Müqavilədə şagirdlər üçün 42-48 ölçüdə ümumilikdə 9000 ədəd cibli jaket sifariş edilib.

Materialı 70% yun, 30% akril olan toxunmuş yun jaketlərin rəngi göydür. Jaketlər Bakıda Zəngilan və Şuşa məktəblilərinə, Sumqayıtdakı Qubadlı məktəblilərinə, Gəncədəki Kəlbəcər məktəblilərinı, Goranboydakı Xocavənd, Xocalı məktəblilərinə, eləcə də Cəbrayıl, Füzuli, Ağdam Rayon İcra Hakimiyyətlərinə və Gəncə şəhəri, Qax, Bərdə, Ağcabədi rayon sektorlarına paylanılacaq.

Milli.Az