25 yaşlı bloqer motosiklet qəzasında öldü - FOTO

2 Dekabr 2025 13:12

Kolumbiyalı moto-bloqer Karen Sofia Quiroz Ramírez yol qəzasında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, Kolumbiyada sosial şəbəkələrdə "Bikergirl" adı ilə tanınan moto-bloqer Karen Sofia Quiroz Ramírez yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. 25 yaşlı influenserin ölümü geniş müzakirə olunub.

İnstagram və TikTok-da ümumilikdə 70 mindən çox izləyicisi olan Ramírez motosiklet paylaşımları ilə tanınırdı. O, noyabrın 26-da axşam saatlarında Floridablanca istiqamətində hərəkət edərkən iki nəqliyyat vasitəsi arasında keçməyə çalışıb.

Floridablanca Yol Hərəkəti İdarəsinin açıqlamasına əsasən, hadisənin dəqiq səbəbləri prokurorluq tərəfindən araşdırılacaq. Şahid ifadələri, müşahidə kameralarının görüntüləri və digər sübutlar əsasında sürücülərin məsuliyyəti müəyyən ediləcək.

Qeyd edək ki, influenser həmin gün sosial şəbəkə hesablarında motosikletini yuduğu görüntüləri paylaşmışdı. Onun vəfat xəbəri yayıldıqdan sonra izləyiciləri paylaşımların altında başsağlığı mesajları yazıblar.

İsmayıl
Milli.Az