Qarabağda yeni PTM-lərin tikintisi planlaşdırılır

2 Dekabr 2025 12:05

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq azad edilmiş bölgələrdə bir neçə Peşə Təhsil Mərkəzinin tikintisi və bərpası planlaşdırılır. 

Milli.Az xəbər verir ki, bunu bugünki konfransda Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli deyib.

Onun sözlərinə görə, 2026-cı ildə Xankəndi, Laçın və Cəbrayıl PTM-lərinin inşası nəzərdə tutulur. Bu il Şuşa PTM-də əsaslı təmir tamamlanıb, Kəlbəcər PTM-də tikinti davam edir. Zəngilan, Qubadlı və Ağdam Peşə Təhsil Mərkəzləri isə hazırda layihələndirilir.

Aysel 
Milli.Az