Məşhur aktyor Makoley Kalkin oğulları ilə yaşadığı maraqlı anlardan danışıb.
Milli.A xəbər verir ki, 4 və 3 yaşlı oğulları (Dakota və Karson) dəfələrlə ataları ilə birlikdə "Evdə tək" ("Home Alone") filminə baxsalar da, hələ də baş rolda məhz atalarının olduğundan xəbərsizdirlər.
Jurnalistlərə müsahibə verən Makoley filmi uşaqlarına dəfələrlə göstərdiyini bildirsə də onlar bundan xəbərsizdirlər:
"Mən bu filmi uşaqlarıma tez-tez göstərirəm. Təsəvvür edin, onlar heç başa düşmür ki, bütün bu müddət ərzində yanlarında oturan adam elə filmdəki "Kevin"dir. Sadəcə deyirlər, aha, bu "Kevin"dir". Gecə böyük oğlumu yatıranda ailə fotolarına baxmaq istədi və bir albom tapdım. O, dərhal bir fotoya baxıb dedi ki, bu oğlan "Kevin" kimi görünür. Bu kimdir? Cavab verdim ki, mənəm. Amma yenə də heç nəyi anlamaq istəmədi. Mən də düşündüm, əla, qoy belə olsun. Hələ tezdir. O sadəcə bilir ki, mən uşaqlıqda "Kevin"ə bənzəmişəm".
Milli.Az