Türkiyənin məşhur sənətçisi Bülent Ersoy Kayseridə verdiyi konsert zamanı maraqlı və bir qədər sərt reaksiyası ilə diqqət çəkib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi səhnədə "Heç Kayserili ərim olmadı" sözləri ilə zalda əyləncəli anlar yaşatsa da, tamaşaçılardan birinin konsert boyu dayanmadan danışması onu narahat edib.
Bülent Ersoy səhnədən həmin şəxsi "Sən bir sus da" deyərək tənbeh edib:
"İki min lirə verib, dayanmadan danışır. Bunu sakitləşdirin, mən bunu dinləyəcəyəm?".
Bu an sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az