13 yaşlı qızın evdən meyiti tapıldı

2 Dekabr 2025 10:36

Paytaxtın Binəqədi rayonunda mənzildən məktəbli qızın meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisə dekabrın 1-i saat 01 radələrində Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü Kəmalə Məmmədzadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az