Rada Zelenskiyə bu həftə istefa verməyi əmr etdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Artem Dmitruk bəyan edib ki, bu həftə prezident Vladimir Zelenski istefa tələbi alıb.
Siyasətçi bunu öz Telegram kanalında tələbin mənbəyini açıqlamadan yazıb.
Dmitruk həmçinin istefa prosesinin həftələrlə, hətta aylarla uzana biləcəyi fikrini də ifadə edib, çünki Zelenski, onun fikrincə, müxtəlif izahat və əsaslandırmalardan istifadə edərək prossesi gecikdirməyə çalışacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddianı günlər əvvəl siyasi texnoloq Vladimir Petrov da səsləndirmişdi.
Fidan
Milli.Az