Rusiya 3 yaşayış məntəqəsini nəzarətə götürdü

2 Dekabr 2025 11:43

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Zvanivka, Vasiukivka və Petrovskoye yaşayış məntəqələrini nəzarətə götürüb​.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə təqdim etdiyi məruzədə məlumat verib.

"Şimal istiqamətində aktiv hərbi əməliyyatlar nəticəsində Zvanivka, Vasiukivka və Petrovskoye yaşayış məntəqələri nəzarətə götürülüb", - Gerasimov bildirib.

Milli.Az