Yeni filmi 2 həftədə rekord qırdı - FOTO

2 Dekabr 2025 15:00

Türkiyənin "Emmi" mükafatlı aktyoru Haluk Bilginerin aktyor Feyyaz Yiğitlə baş rollarını paylaşdığı "Yan-yana" filmi cəmi iki həftə ərzində böyük tamaşaçı auditoriyasına çataraq rekord qırıb.

Milli.Az xəbər verir ki, aktyor Haluk Bilginer və məşhur aktyor-ssenarist Feyyaz Yiğitin başrolu paylaşdığı "Yan Yana" filmi böyük uğur əldə edib. Film iki həftə ərzində 312 min tamaşaçıya çataraq açılış həftəsi ilə müqayisədə 52,9% artım göstərib və bununla da rekord qırıb.

Açılışında 200 minin üzərində izləyici toplayan filmlər arasında ən yüksək artım məhz "Yan-Yana"ya məxsusdur. Bu göstərici ilə film "Ayla"nı da geridə qoyub. Məlum olduğu kimi, "Ayla" ilk həftəsonu 312 min, ikinci həftəsonu isə 466 min tamaşaçı ilə 49%-lik artım əldə etmişdi. "Yan Yana" isə 52,9%-lə bu rekordu keçməyi bacarıb.

Film ümumilikdə 1 milyon 109 min 310 tamaşaçıya çatıb və 259 milyon TL-dən çox gəlir əldə edib.

Milli.Az