Bakının iki rayonunun bəzi ərazilərində üç gün su olmayacaq

2 Dekabr 2025 09:39

Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, bu, magistral su kəmərində aparılacaq təmir-tikinti işləri ilə bağlıdır.

Milli.Az