Fransanın "Nitsa" komandasının yarımmüdafiəçisi Jeremi Boqa və hücumçu Teremas Moffi azarkeşlərin fiziki hücumuna məruz qalıblar.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Liqa 1-in 14-cü turunda "Loryan"la keçirilən oyun başa çatdıqdan sonra yaşanıb.
Bildirilir ki, ardıcıl səfər qarşılaşmalarından qayıdan "Nitsa" futbolçuları klubun bazasına çatanda onları təxminən 400 nəfər narazı fanat qarşılayıb. Komandanın nəticələrinə etiraz edən azarkeşlər baş məşqçi Frank Ezinin istefasını tələb ediblər. Gərginlik artdıqdan sonra fanatlar bir neçə futbolçunu döyməyə cəhd ediblər və insident baş verib.
Hadisə ilə bağlı klub tərəfindən araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, "Nitsa" 17 xalla turnir cədvəlində 10-cu yerdədir.
Hüseyn
Milli.Az