Qalatasarayın baş məşqçisi Okan Buruk Fənərbağça ilə 1:1 hesablı derbidən sonra hakim idarəçiliyinə kəskin etiraz edib. O, matçdakı təhlükəli müdaxilələrdən şikayətlənərək futbolçularının ciddi xəsarət alma təhlükəsi ilə üzləşdiyini bildirib.
Milli.Az xəbər verir ki, Okan Buruk oyun sonrası verdiyi açıqlamada matçdakı hadisələri çox ağır ifadələrlə tənqid edib: "Maçla bağlı dəyərləndirəcək heç nə yoxdur. Bu gün baş verənləri hamı gördü. Meydanda yaşadığımız hər şey göz önündə idi. Canımızı zor qurtardıq." - deyə o, bildirib.
Buruk futbolçularının təhlükədə olduğunu və ciddi zədələrin qarşısının təsadüfən alındığını qeyd edib: "Kazımın gözü kor ola bilərdi. İki oyunçumuzun ayağı qırıla bilərdi. Buna görə şükür edirik. Heç kim unutmasın."
"Hakimlərlə bağlı mərc əməliyyatı nəticəsində qərarlar verildi. Futbolçular üçün çox sürətli qərar alındı, amma davamının gəldiyini görmürük. Biz Erendən istifadə edə bilmirik, amma texniki adamlar vəzifələrinin başındadır. Bu, mənə qəribə gəlir."
Buruk əlavə edib ki, qərarların zamanlaması da komandanı çətin vəziyyətdə qoyub:
"Erendən Avropada da faydalana bilmirik. Niyə belə oldu? Mövsümün ortasında niyə edildiyini, mövsümün əvvəlində gözlənilə bilmədiyini başa düşmürük. Bir çox məsələni gözlədilər, amma burada qərar dərhal verildi. Başımızda çox sual işarəsi var."
Lalə Qüdrətova
Milli.Az