Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan qlobal avtomobil istehsalçısı Hyundayın İzmitdə yerləşən fabrikində yüz faiz elektrikli avtomobil istehsalına başlayacağını elan edib. O, bildirib ki, TOGG-dan sonra Türkiyədə elektrikli nəqliyyat vasitələri istehsalında yeni mərhələ açılır və bu addım həm ölkə iqtisadiyyatı, həm də yerli sənaye üçün mühüm əhəmiyyət daşıyır.
Milli.Az xəbər verir ki, 24 noyabrda Cənubi Koreya Prezidenti Lee Jae Myung ilə Ankarada görüşdüklərini xatırladaraq bildirib ki, Hyunday İzmitdəki zavodunda rəsmi olaraq tam elektrikli avtomobil istehsalına başlayır.
Ərdoğan çıxışında qeyd edib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində ortaq layihələr davam edir və nüvə enerji stansiyası ilə bağlı danışıqlar irəliləyir. O, bildirib ki, Koreya Elektrik Şirkəti ilə Türkiyə Nüvə Enerjisi Anonim Şirkəti arasında imzalanan qarşılıqlı anlaşma memorandumu bu prosesin daha da sürətləndirilməsinə şərait yaradacaq.
Lalə Qüdrətova
Milli.Az