"Həmin gün yüz toy dəvəti alsam da qəbul etməyəcəyəm"

2 Dekabr 2025 00:49

Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunu övladının nişan mərasiminə çağırdığını, amma gəlmədiyini bildirib. 

Milli.Az xəbər verir ki, Şəbnəm bunun səbəbini açıqlayıb. O bildirib ki, nişana gec dəvət alıb:

"Həmin gün 2 toy məclisim var idi. 12-nin yarısı sonuncu məclisdən çıxdım. Sumqayıtda olduğu üçün gedə bilmədim. Mənə məclisi 2 gün əvvəl deyib, artıq digər toy sifarişlərini almışdım. Bakıda olsaydı, gedib baş çəkəcəkdim. Oğlunun qarşıda toyu var, ora mütləq gedəcəyəm. Həmin gün yüz toy dəvəti alsam da qəbul olmayacağam".  (axşam.az)

Milli.Az