Trendyol Super Liqasının 14-cü turunda keçiriləcək Fənərbağça-Qalatasaray derbisi başlamazdan əvvəl meydanda gərginlik yaşanıb. İsinmə üçün meydana çıxan futbolçular arasında mübahisə yaranıb və vəziyyət qısa müddətdə davaya çevrilib.
Milli.Az xəbər verir ki, isinmə zamanı başlayan mübahisə tez bir zamanda davaya çevrilib. Baş məşqçilər və klub əməkdaşları dərhal araya girərək insidentin böyüməsinin qarşısını alıblar.
Hadisə tribunadakı azarkeşlər və kamera operatorları tərəfindən lentə alınıb. Görüntülər qısa müddətdə sosial mediada sürətlə yayılaraq derbi atmosferini daha da gərginləşdirib.
Lalə Qüdrətova
Milli.Az