"Qarabağ" növbəti mövsüm Çempionlar Liqasında iştirak edə bilər.
Milli.Az xəbər verir ki, bu barədə "Football Meets Data" portalı məlumat yayıb.
Bu yol çətin olsa da, mümkündür.
Çempionlar Liqasının Liqa mərhələsinə UEFA reytinqində ilk 10-da yer alan ölkələrin çempionları birbaşa qatılır.
10-cu pillədən sonra yer alan ölkələrin komandaları isə çempionlar yolundan gəlməyi çalışır.
Lakin hər il bu komandalardan biri birbaşa ÇL-na vəsiqə qazana bilər. Onlar ən yüksək reytinqə malik olan olur.
O komanda ilk növbədə öz ölkəsinin çempionu olmalıdır, daha sonra isə ən yüksək reytinqə malik olmalıdır.
Dünən "Budyo Qlimt"in çempionluğu qazana bilməməyindən sonra "Qarabağ" bu siyahıda 9-cu yerə yüksəlib.
Siyahıya liderlik edən "Reyncers" hazırda Şotlandiya çempionatında lider "Harts"dan 9 xal geridə qalır. Onların da bu siyahıdan silinmək ehtimalı az deyil. (Offsideplus.az)
Həmin siyahını sizə təqdim edirik:
Milli.Az