Röya keçmiş ərindən DANIŞDI: "Onlar ailəlikcə elədirlər"

1 Dekabr 2025 17:41

Xalq artisti Röya Ayxan keçmiş əri Anar Cəlilovdan danışıb.

Milli.Az xəbər verir ki, pop ulduz Space TV də yayımlanan, "Tarixin bir günü" verilişində dağıldığı ailəsi barədə bunları dilə gətirib:

"Ona da hörmət edin. Kimi dediyimi bildiniz. Çünki bir sevgimiz olub, övladımız var. Bir də gördünüz onunla da duet oxudum. Burada nə var ki? Mənimlə duet oxuyanda danışarsınız, indi lazım deyil. Onlar ailəlikcə elədirlər. Çox gözəl səsləri var. Günümüzü karaokelərdə keçirirdik. Nəsillərində incəsənət adamları var, balaca adam deyillər. Bir verilişdə gördüm ki, çox sıxılır, utanır. O sualları verməyin. Nə vaxt mənimlə oxuyarsa, danışarsınız. Mahnıları da yaxşı tutub".

Musa
Milli.Az