Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru vəzifəsinə Əyyub Quliyev təyin olunub.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətindən bildirilib.
Əyyub Quliyev 1984-cü ildə anadan olunub.
2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.
2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə təhsil alıb.
2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsilini davam etdirib.
2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.
2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Yeni dirijorumuz Əyyub Quliyevə yaradıcılıq uğurları və maraqlı konsertlər arzulayırıq!
Milli.Az