Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" daha bir tarixi nailiyyət əldə edib.
Milli.Az xəbər verir ki, Sinop sahillərində keçirilən sınaqda PUA görmə məsafəsindən uzaqda havadan-havaya raketlə reaktiv hədəfi vurub. Bununla da "Kızılelma" dünyada havadakı hədəfi məhv edən ilk insansız döyüş təyyarəsi olub.
Qeyd edək ki, indiyədək pilotsuz sistemlər əsasən havadan yerə əməliyyatlar üçün istifadə edilirdi və heç bir PUA havada hədəf vurma qabiliyyətinə malik olmayıb. "Kızılelma" isə bu uğurla aviasiya tarixində yeni dövr açıb.
Asya
Milli.Az