Samuxda ər-arvad dəm qazından boğularaq öldü

1 Dekabr 2025 15:41

Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, rayon sakinləri - 1957-ci il təvəllüdlü T.Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı M.Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az