İran polisi məşhur komediyaçı, "Gecəyarısı" verilişinin aparıcısı Əli Səburini və proqramın yayım qrupunun 6 üzvünü saxlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
İranın məhkəmə-ədliyyə sisteminin mətbu orqanı olan "Mizan Online" saytının məlumata görə, bu şəxslər "əxlaqi və ictimai normaları pozan məzmun" ittihamı ilə saxlanılıblar.
Verilişin "YouTube"da paylaşılan bölümləri, sosial və ictimai məsələlərə toxunduğu və tənqidi mahiyyət daşıdığı üçün İran hakimiyyəti tərəfindən mübahisəli sayılıb. Rəsmi açıqlamada bildirilib ki, cinayət işi açıldıqdan sonra saxlanılan şəxslərdən bəziləri müvəqqəti olaraq girov qarşılığında zaminə buraxılıb, digərləri isə hələ də həbsdədir.
Proqramın çəkilişi və yayımı isə tamamilə dayandırılıb. Hüquq müdafiəçiləri, saxlanılanların hazırladıqları verilişlərdə hökumətin fəaliyyətinə tənqidi yanaşmaları səbəbindən belə vəziyyətlə üzləşdiklərini bildiriblər.
Milli.Az