Rus ordusun Pokrovskda nəzarəti tam ələ keçirib.
Milli.Az xəbər verir ki. Rusiya Prezidenti Vladimir Putin hərbi komandanlığın ona verdiyi məlumata əsasən Donetsk vilayətinin Pokrovsk şəhərində tam nəzarətin təmin edildiyini bildirib.
Kremlin açıqlamasına görə bu şəhərin alınması Rusiya ordusunun genişmiqyaslı hərbi planlarının icrasına əlavə imkan yaradacaq.
Moskvanın Krasnoarmeysk adlandırdığı Pokrovsk uzun müddət Ukrayna ordusunun mühüm logistika mərkəzlərindən biri hesab olunurdu. Hazırkı vəziyyətdə şəhərin böyük hissəsi dağıntılar içindədir. Döyüşlər 2024-cü ilin ortalarından bəri davam edirdi.
Putin bu uğurun uzunmüddətli və ağır əməliyyatın nəticəsi olduğunu deyib və ordunun növbəti irəliləyişlərə hazırlaşdığını vurğulayıb.
Ukrayna tərəfi hələlik Rusiya ilə bağlı açıqlamaları təsdiqləmir. Kiyev yalnız döyüşlərin davam etdiyini bildirir və şəhərin tam itirildiyini qəbul etmir.
İsmayıl
Milli.Az