Rövşən Nəcəf rəisi işdən çıxarıb? - AÇIQLAMA

1 Dekabr 2025 15:03

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bu haqda SOCAR prezidenti Rövşən Nəcəfin Əmr imzaladığı bildirilib. 

SOCAR-ın Təhlükəsizlik İdarəsindən Milli.Az-a bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil.

"SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifədən azad edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat həqiqəti əks etdirmir. İlkin Rəhimov hazırda SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi kimi vəzifəsinin icrasını davam etdirir", - məlumatda qeyd olunub.

Milli.Az