1300 abonent qazsız qalacaq

1 Dekabr 2025 14:07

Dekabrın 3-də Masallı rayonu, Ərkivan qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qəsəbədə yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olaraq, Ərkivan qəsəbəsinin bir hissəsi, həmçinin Həsnəküçə, Abaslı, Miyondi, Qızlaküçə, Pələnküçə və Bağlaküçə məhəllələrini əhatə edən ərazidə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təchizatın dayandırılması ümumilikdə 1300-ə yaxın abonenti əhatə edəcək və saat 10:00-dan işlər yekunlaşanadək davam edəcək.

Milli.Az