Yasamalda 3 nəfərin həyatını itirdiyi yanğının baş verdiyi binada təmir işlərinə start verilib.
Milli.Az xəbər verir ki, bununla bağlı jurnalist Heydər Mirzə sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı dünyasını dəyişib. 20-dən çox şəxs zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Mina Mikayılova
Milli.Az