Tacirin oğlunun nişandan sonra vəziyyəti PİSLƏŞDİ - FOTO

1 Dekabr 2025 13:14

Müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalının nişan məclisindən sonra yaşanan narahatedici hadisə ilə bağlı açıqlama verib.

Milli.Az-ın məlumatına görə, sənətçi oğlunun nişandan dərhal sonra qəfil halının pisləşdiyini bildirib.

Tacir Şahmalıoğlu həmin anları belə təsvir edib:

"Çox qorxduq... Birdən uşağın gözü getdi, başını masanın üstünə qoydu. Mən də deyirəm ki, qayınana, qayınata baxır, özünə gəl. Sən demə, uşaq huşunu itirirmiş. Başını qaldıranda gördük ki, ağarıb, gözləri gedib. Heç bilmədik nədən oldu."

Müğənni ailəsinin həmin an böyük təşviş yaşadığını deyib.

Qeyd edək ki, Şahmalı Aytac adlı xanımla nişanlanıb.

Hüseyn
Milli.Az