Azərbaycanlı Tiktok fenomeni Elnurə şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikir və etirafları ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, o, canlı yayım zamanı münasibətlər mövzusunda öz istəklərini açıq şəkildə dilə gətirib.
Elnurə bildirib ki, evliliyi düşünmür və özünə xüsusi xarakterə sahib biri ilə uzunmüddətli bağlılıq arzulayır:
"Elə bir oğlan istəyirəm ki, yaşadığım hər şeyi mənə unutdursun. Evlilik istəmirəm, 8-15 illik münasibət istəyirəm. Həyatıma sevinc gətirsin, yaşadıqlarımın üzərinə dəysin".
Tiktokerin bu sözləri izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bəziləri onun düşüncəsini dəstəkləsə də, digərləri bu yanaşmanı qeyri-etik hesab edərək, Azərbaycanda mövcud olan əxlaq normalarına zidd olduğunu bildiriblər
Milli.Az