“Buraya adam da düşə bilər, maşın da...” - Rəsmi açıqlama - VİDEO

1 Dekabr 2025 14:20

Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 119 ünvanında yerləşən yolda çökmə olub.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, çökmə nəticəsində yolda çuxur yaranıb.

Yaranan çuxur vətəndaşların narahatlığına səbəb olub. Onlar bildiriblər ki, sözügedən yolda hər hansı hadisə baş versə, ölümlə nəticələnə bilər: "Bu çuxura adam da düşə bilər, maşın da. Həmin hissə çat verib. Dünən AYNA-ya zəng edib demişəm ki, buraya yol nişanı qoyulsa, yaxşı olar".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, AAYDA-nın əməkdaşları hazırda çökmə baş verən ərazidədirlər: "Məsələni araşdırmaq üçün qazıntı işləri gedir. Sözügedən ərazidə bərpa işləri aparılır. Həmin nöqtəyə haradansa su sızıb, torpağın yuyulması ilə də çuxur əmələ gəlib".

Mədinə Useynova

Videonu təqdim edirik:

Milli.Az