Bəy toy gecəsi öldü

1 Dekabr 2025 12:10

Hindistanda toy günü faciə baş verib.

Milli.Az xəbər verir ki, Hindistanın Pusla kəndində yeni evlənmiş kişinin həyatını itirməsi toy mərasimini faciəyə çevirib.

31 yaşlı Amol Prakaş Qodbolun nikah mərasimi ibadətgaha yaxın ərazidə keçirilmişdi.

Mərasim başa çatandan bir neçə saat sonra bəy qəfil özünü pis hiss edib və huşunu itirib. Yaxınları onu dərhal xəstəxanaya aparıb. Həkimlər bütün cəhdlərə baxmayaraq onun həyatını xilas edə bilməyib. Qodbolun ürəyi fəaliyyətini dayandırıb.

Hadisə kənddə ciddi sarsıntı yaradıb. Qohumlar və mərasim iştirakçıları baş verənləri gözlənilməz və ağır itki kimi qiymətləndirib.

İsmayıl
Milli.Az