Paytaxtın Yasamal rayon Nizami metrosunun yuxarı küçəsində söküntü işlərinə başlanılıb.
Milli.Az xəbər verir ki, sakinlərin məlumatına görə, söküntü gecə saatlarında aparılır. Söküntü plan üzrə Zülfi Gözəlov küçəsində aparılır. Eyni zamanda Şamil Əzizbəyov və digər yaxın küçələri də əhatə edəcək.
Qeyd edək ki, ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablanma işləri artıq tamamlanıb.
Aysel Əkbər
Milli.Az