Yaşar Nurinin qızı vəfat edən bacısından danışıb ağladı - FOTO

28 Noyabr 2025 22:52

Yaşar Nurinin qızı Ülkər Yaşarqızı efirdə göz yaşlarına boğulub.

Milli.Az xəbər verir ki, o, "Günə uğurla" verilişində mahnısını ifa edərkən mərhum bacısını xatırlayıb və göz yaşlarını saxlaya bilməyib. O, bacısı haqqında bunları deyib:

"Mənim ağlıma da gəlməzdi ki, nə vaxtsa bacımı itirərəm. Bacım mənim ana əvəzim, ana yarım idi. Bir insan xalqın içindədirsə o verilişə də gəlməlidi, xalqın içində də oturmalıdır. Mənim bacım başımın tacı olub. Nəslimizin gözü idi. Aramızda 5 yaş fərq var, bizim aramızda elə bir pərdə var idi ki, hamı təəccüblənirdi. Dost dediklərimdən bir neçəsi ağır günümdə yanımda olmadı. ". (olay)

Milli.Az