"Turan Tovuz"la matçda "Neftçi"nin haqqını vermək lazımdır.
Milli.Az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Neftçi"yə qarşı Misli Premyer Liqasının XIII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bərabərə qaldıqları qarşılaşmanı şərh edib:
"Təxmin etdiyimiz kimi, ağır oyun oldu. Belə görüşlərdə oyun qol vurulana qədər olur. Təəssüf ki, həlledici qolu vura bilmədik. Düşünürəm ki, 2 xal itirdik. Amma "Neftçi"nin də haqqını vermək lazımdır".
Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.
Milli.Az