Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 2001-ci il təvəllüdlü İ. Haqverdiyev, 2004-cü il təvəllüdü H. Məmmədov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az