"Neftçi"nin məşqçisi: "Harada "Neftçi" adı varsa, orada..."

28 Noyabr 2025 21:32

"Neftçi" "Turan Tovuz" səfərinə qələbə üçün yollanıb.

Milli.Az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Sənan Qurbanov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərə qaldıqları qarşılaşmanı şərh edib:

"Tovuz səfəri hər zaman çətin keçir. "Turan Tovuz" iddialı klubdur. Çalışdıq ki, qısa zamanda komandamızı bu rəqibə qarşı hazırlayaq. Bu meydanda mübarizəli oyun keçəcəyini bilirdik. Futbolçular həm müdafiədə, həm də hücumda müxtəlif gedişatlar etməyə çalışdılar. Əlbəttə ki, buraya qələbə qazanmaq üçün gəlmişdik. Çünki ad "Neftçi"dirsə, burada mütləq şəkildə 3 xal prioritet sayılır. Bu gün futbolçularımız pis çıxış etmədilər, yaxşı təsir bağışladılar. Düşünürəm ki, qarşıdakı günlərdə komandamız işinə bu şəkildə ciddi yanaşsa, uğur qazanmaq uzaqda deyil. Çox keyfiyyətli futbolçularımız var və təbii ki, komandamız daha yaxşı yerlərə layiqdir. Harada "Neftçi" adı varsa, orada həm çempionluq, həm də kubok uğrunda mübarizə aparmaq var".

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.

Milli.Az