Müğənninin hərəkətinə görə telekanala POLİS GƏLDİ: Köməkçisi bölməyə aparıldı

28 Noyabr 2025 19:25

"Space TV"də Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişində maraqlı anlar yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, verilişə dəvət olunan müğənni Pünhan Piriyev efirə gecikib. O, verilişə gəldikdən sonra gecikmə səbəbini avtomobil yollarındakı sıxlıqla əlaqələndirib.

Efirdə reklam fasiləsindən sonra P.Piriyevin telekanala gələrkən qaydalara zidd hərəkətə yol verdiyi məlum olub. Bunu verilişin aparıcı canlı yayımda açıqlayıb. Tarix Əliyev müğənninin yol polisinə qarşı qaydalara zidd davranışı səbəbindən "Space TV"yə polis əməkdaşlarının gəldiyini bildirib.

Pünhan Piriyev baş verən xoşagəlməz olaya elə qonağı olduğu verilişdə aydınlıq gətirib:

"Efirə gecikirdim və yollar bağlanmışdı. Əlimlə işarə etdim ki, yolu açın keçim. Polis məni başa düşmədi, ya da bu hərəkətimi yanlış anladı. Aydınlaşacaq".

Daha sonra aparıcı Pünhan Piriyevin köməkçisinin izahat yazmaq üçün polis bölməyə aparıldığını qeyd edib.

Milli.Az