"Liverpul"da rəhbərliyin baş məşqçiliyə əsas namizədi bəlli olub.
Milli.Az xəbər verir ki, rəhbərlik" Paris Sen-Jermen"in baş məşqçisi Luis Enrikeni uzunmüddətli layihə üçün nəzərdən keçirir.
Məlumata görə, ingilis klubu ispan mütəxəssisi gələcək illər üçün əsas namizəd kimi görür.
Bununla belə, Enrikenin Arne Slotun yerinə hazırda gətirilməsi gözlənilmir.
"Liverpul" yalnız Enrike PSJ-dəki vəzifəsini tərk etdikdən sonra onunla çalışmağı real seçim kimi qiymətləndirir. (Offsideplus.az)
Milli.Az