"Trampla bu ölkədə görüşə məmnun olaram"

28 Noyabr 2025 16:55

"Əgər görüş təşkil oluna bilsə, Budapeştdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmağa məmnun olaram" .

Milli.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə deyib.

"Əgər danışıqlarımız Budapeştin məkan kimi istifadəsinə gətirib çıxarsa, buna çox şad olaram və kömək etmək istəyinizə görə sizə təşəkkür edirəm", - Putin bildirib.

Milli.Az