Respublika əhəmiyyətli Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda aparılan tikinti işləri layihəsi üzrə isə bəzi hissələrdə işlər yekunlaşdırılıb, bəzi hissələrində isə davam etdirilir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
O qeyd edib ki, işlər mərhələli şəkildə icra edilir.
"Yolda tikinti prosesinin gələn il ərzində yekunlaşması nəzərdə tutulub",- deyə A.Nəcəfli əlavə edib.
Qeyd edək ki, ümumi uzunluğu 85.6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Həmçinin əhalinin, yerli və xarici turistlərin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşa edilir. Layihə başa çatdıqda, bu, Azərbaycanın ən hündür asma körpüsü olacaq.
Milli.Az