Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikada elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsi haqqında qanun imzalayıb.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Yeni qanun elektron siqaretlərin və onlar üçün mayelərin əldə edilməsini, saxlanılmasını, daşınmasını, ötürülməsini, istehsalını və ölkəyə idxalını qadağan edir.
Qanunu pozanlar 10300 dollardan 17200 dollara qədər ekvivalentdə cərimə edilə, yaxud 2 ildən 3 ilə qədər islah işləri, həmçinin 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilərlər.
Milli.Az