İlk canlı "Hörümçək adam" obrazını canlandıran və məşhur "Sesame Street" verilişinin kuklaçısı kimi tanınan Denni Siqren 81 yaşında dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, Minnesotanın Minneapolis şəhərində anadan olan Siqren "The Electric Company" uşaq proqramında televiziyada Hörümçək-adamı canlandıran ilk aktyor kimi yadda qalıb.
O, eyni zamanda yazıçı, rəqqas və prodüser kimi fəaliyyət göstərib və Muppets yaradıcısı Cim Henson üçün kuklaçı və kukla ustası kimi çalışıb.
Sənətçi son illərini Cənubi Karolinanın Little River şəhərində keçirdiyi təqaüd həyatı ilə tamamlayıb. Ailəsi yaxın günlərdə onun həyatı ilə bağlı anım mərasimi keçiriləcəyini bildirib.
Fidan
Milli.Az